“Eurovision” mahnı müsabiqəsində iştirakçıların sıra nömrəsi müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, ilk yarımfinalın açılışını “X my heart” mahnısı ilə təmsilçimiz Aysel Məmmədova (Aisel) edəcək.
Onu da bildirək ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.
Ayseldən sonra səhnəyə isə digər yarışmaçılar çıxaraq final uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.