“Eurovision” təmsilçimiz Xocalıya mahnı həsr etdi – VİDEO

“Eurovision” təmsilçimiz Xocalıya mahnı həsr etdi – VİDEO

Baxış sayı: 8. 864 dəfə baxılıb.

“Wistfulness” – mənim bəstəkar kimi iştirak etdiyim, Xocalı faciəsinə həsr olunmuş layihədir. Düşünürəm ki, insanlığa qarşı törədilmiş bu vəhşiliyə heç kimsoyuqqanlı baxa bilməz.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova bildirib.

O, bu dəfə müğənni kimi yox, bəstəkar və pianoçu kimi kamera qarşısına keçib. Aysel yeni işi barədə fikirlərini belə izah edib:

“Hər bir azərbaycanlı kimi, o gecədə nələrin baş verdiyi haqqda düşünəndə belə, dərin kədər və daxili hüzün hissləri məni bürüyür. Məhz bu hisslər məni bu musiqini bəstələməyə vadar etdi.

Azərbaycanı bu il “Eurovision”da  təmsil edəcəyimi bilirsiniz; bu gün Avropanın mənə və sənətimə olan diqqəti kimi, bu imkanı qaçırmayıb, bəstəmi təqdim edərkən, məqsədlərimdən biri də sözügedən mövzunu bir az da ictimailəşdirmək, daha geniş kütləyə çatdırmaqdır.

Çoxları məni müğənni kimi tanıyır, amma bu layihə də mən oxumaq istəməyib, bəstəkar və pianoçu qismində iştirak etməyə qərar verdim.

Bəstədə eşitdiyiniz kamança səsi Azərbaycanın Xalq artisti Fəxrəddin Dadaşovun ifasıdır, muğam bölümünü isə istedadlı xanəndə Vüqar Əliyev ifa edib. Videogörüntünün ideyası və çəkilişi Azər Cəfərə aiddir.

Milli Konservatoriya kollektivinə, özəlliklə Firudin Quliyevə çəkilişdə göstərdikləri dəstəyə görə dərin təşəkkür edirəm.

Bu layihədə əməyi keçən hər kəsin adından və öz adımdan Azərbaycan xalqına, əsasən həmin gecədə zərər çəkmişlərin ailələrinə və yaxınlarına səbr diləyirəm”.

.
www.ÇıxışYolu.Com