“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları, o cümlədən Avropa yayım ittifaqı İsraili gələn ilki mahnı müsabiqəsini Qüdsdə keçirməməyə çağırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Ynetnews” portal məlumat yayıb.
Təşkilatçılar müsabiqənin hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildirib.
Avropa yayım ittifaqı üzvləri İsrail nümayəndələri ilə işgüzar görüş zamanı bu şərtləri irəli sürüb.
İttifaq hesab edir ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.
Xatırladaq ki, may ayında “Eurovision” təşkilatçıları fanatları İsraildəki konkurs üçün bilet sifariş etməyə tələsməməyə çağırmışdı.