“Eurovision”da İsrail böhranı: İki ölkə hərəkətə keçdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail iştirak edəcəyi təqdirdə İslandiya və Finlandiya “Eurovision” səs
yarışmasını boykot edə bilər.
Bu barədə İsrail mətbuatında xəbərlər dərc olunub.
Bildirilib ki, Avropa Yayım Birliyi may ayında İsveçdə keçiriləcək müsabiqədə
İsrailin iştirakına icazə verdiyi üçün İslandiya və Finlandiya boykot qərarını
nəzərdən keçirir.
Xatırladaq ki, İslandiya, Finlandiya, Niderland və Norveç 2022-ci ildə
Ukraynanı işğal etdikdən sonra Rusiyanın müsabiqədə iştirakına icazə veriləcəyi
təqdirdə yarışı boykot edəcəklərini bildirmişdilər. Rusiya son iki ildir
ardıcıl olaraq müsabiqədə iştirak etmir.
Mənbə: Haber Global