Ölkəmizin “Eurovision” mahnı müsabiqəsi üçün Azərbaycanın səslərini təqdim edən şəxs bəlli olub.
ÇıxışYolu.Com xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda 12 may tarixində baş tutacaq finalda Azərbaycanın səslərini tanınmış aparıcı Tural Əsədov təqdim edəcək.
Qeyd edək ki, Əsədov bundan öncə də Avropa tamaşaçısının qarşısına çıxaraq Azərbaycanın hansı ölkəyə nə qədər səs verməsi barədə məlumat verib.