İsveçrə xəstəxanalarından birində “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Liz Assiya 95 yaşında vəfat edib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, müğənninin 1956-cı ildə “Eurovision”da “Refrain” mahnısı ilə qalib gəlməsi ona uğur gətirib.
Daha sonra isə Assiya İsveçrəni 1957 və 1958-ci illərdə də təmsil edib.
Müğənni 1924-cü ildə anadan olub. O, səhnə fəaliyyətinə 1940-cı ildə başlayıb.
Ömrünün son illərində Liz “Eurovision” mahnı müsabiqəsinə həsr edilmiş müxtəlif tədbirlərdə iştirak edib. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin fəxri qonağı olub.