6632bcb1-6127-43ca-a2c3-86355a769606..jpg

“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” – İLLƏRİN SİRRİ AÇILIR

Baxış sayı: 528 dəfə baxılıb.

“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” –
İLLƏRİN SİRRİ AÇILIR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel
olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi,
mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında
əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki,
televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyyatım məni İlhamə
xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki,
onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zuğulbada tanış olmuşduq. Eks-spiker
Oqtay Əsədovun qayınanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə
xanım da Zuğulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə könüldən
baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir
pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın, mənə baxsın. Mənə
ondan yaxşı heç kim baxmaz”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyevanın yaxını,
köməkçisi Fatma Əliyeva deyib.

“İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb.
Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum
yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə
hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin (Tarix Əliyev – red.) ad
günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə
geyinirdisə, deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız
baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm
onun etdiyi yaxşılıqları”, – deyə Fatma xanım bildirib.

Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras
qoyacağını bildirib.

“Deyirdi ki, Fatya, mən dünyadan gedəcəyəm, o ev-eşiyi keçirəcəyəm sənin
adına. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o
mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə
ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! Cümə günü getməli
idik notariusa. Amma 2-ci gün dünyasını dəyişdi. Mən nə edirəm var-dövləti?!
Ona görə ağlamıram ki… Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən
ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna
bütün televiziyalar, sənət yoldaşları da şahiddirlər”, – deyə o bildirib.

Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb:

“Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım
müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”.
İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm,
danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kim
idi… Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma
dedim ki, “bəsdirin də, bunu öldürmək istəyirsiniz?” Gördüm ki, İlhamə xanımın
əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Qadın stres
yaşadı. Gecəni bir təhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni
çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir
dərman aldım. Vəziyyəti yaxşı deyildi. Mərkəzi Neftçilər Xəstəxanasının baş
həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili
tibbi yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez
gəlin. Onlar da gəldilər. Təcili yardım maşını gələnə qədər İlhamə xanım mənim
qollarımda dünyasını dəyişdi. 14-cü mərtəbədə elə qışqırdım ki… Son sözü bu
oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın”.

Source link