423666ed-2fbb-46eb-983f-fe021690fad9..jpg

Ev sahibi olmağın cibə uyğun yolları: Ekspertdən vacib məsləhət – VİDEO

Baxış sayı: 661 dəfə baxılıb.

Ev sahibi olmağın cibə uyğun yolları: Ekspertdən vacib məsləhət – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günümüzdə kreditlə mənzil almaq yollarının artması vətəndaşların seçim
imkanlarını genişləndirir.

Belə ki, dövlət ipotekasında mənzili 15 faizdən başlayan ilkin ödənişlə illik
8 faizədək kreditlə 25 ilədək almaq mümkündür. Güzəştli dövlət ipotekasında
illik faiz dərəcəsi 4, ilkin ödəniş 10 faizdən başlayaraq 30 ilədək ödəniş
müddətində 100 min manatadək kredit nəzərdə tutulub.

Bankların verdiyi ipoteka kreditlərində bu məbləğ 500 min manatadək olmaqla
illik 5 faizdən başlayır. Həmçinin tikinti şirkətlərinin daxili kreditlərində
də bu rəqəm 5 faizdən götürülür.

Satmaq öhdəliyi ilə kirayə mexanizmində isə ilkin ödəniş ən azı mənzilin bir
illik kirayə haqqı miqdarında olur. Bəs bu seçimlərdən ən sərfəlisi hansıdır?

Əmlak üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı qeyd edib ki, ən
sərfəlisi güzəştli ipoteka kreditləri olsa da, lakin bu kreditlər hər bir şəxsə
şamil olunmur:

“Ayrılan 100 min manat limit isə hər hansı mənzil almaq üçün bəs etmir.
Şirkətlər tərəfindən satılan mənzillərin illik faiz dərəcəsi çox olsa da, bir
çox sənəd toplusu tələb olunmur. İlkin ödənişi vətəndaş müəyyən qədər ödəyir.
Amma aylıq ödənişlər daha çox pul təşkil edir”.

Ekspert deyir ki, hazırda Bakıda yeni tikililərdə çıxarışlı və təmirli 1
otaqlı mənzilin qiyməti 120-180 min manat, 2 otaqlı 135-220 min manat, 3 otaqlı
isə 200-350 min manat arasında dəyişir ki, bu da dövlət ipotekası ilə əmlak
almağa kifayət etmir. Ona görə də vətəndaşlar daha çox tikinti şirkətlərinin
daxili kreditlə satdıqları mənzillərə üstünlük verirlər.

Ətraflı Baku TV-nin süjetində:


Source link