Evdə saxladığı şir çexiyalını parçaladı

Baxış sayı: 3. 269 dəfə baxılıb.

Evdə saxladığı şir çexiyalını parçaladı

Çexiya Respublikasının şərqində Mixal Prasek adlı sakin həyətində qəfəsdə saxladığı şir tərəfindən parçalanıb.

Bu barədə BBC məlumat yayıb.

Hadisə qurbanı cütləşdirmək üçün öz evinin həyətində erkək və dişi şir saxlayıb.

Prasekin cansız bədəni evindəki qəfəsin içində aşkarlanıb. Qəfəsin içəridən bağlı olduğu bildirilir. Hadisə yerinə gələn polis əməkdaşları hər iki yırtıcını zərərsizləşdirib.   

33 yaşlı Zdexov kənd sakini olan Prasek erkək şiri 2016-cı ildə, dişini isə ötən il alıb. Hər ikisini evin həyətində xüsusi qəfəsdə saxlayıb.

Bir müddət əvvəl o şirləri qanunsuz yolla çoxaltdığına görə cərimələnib. Onun evində şir saxlaması qonşularının da narahatlığına səbəb olub. Lakin məhkəmə qərarı olmadan müvafiq qurumların əməkdaşlarını evinə buraxmaqdan imtina etdiyindən, şirləri zooparka aparmaq mümkün olmayıb.