“Evdə tək”in məşhur aktyoru “Ulduz”unu aldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur “Evdə tək” komediyasında baş rolun ifaçısı 43 yaşlı Makoley Kalkinin
də, nəhayət, Hollivud Şöhrət Xiyabanında şəxsi ulduzu peyda olub.
Məlumata görə, açılış mərasimində aktyor göz yaşlarını güclə saxlaya bilib.
Onun yanında bu əlamətdar gündə filmdə Kalkinin məşhurlaşdığı obraz Kevin
Makkallisterin anası obrazını canlandıran aktrisa Ketrin O’Hara da olub. Film
ailəsinin bir yerə toplaşması “Evdə Tək-2” filminin buraxılışından təxminən 30
il sonra baş verib.
“Makoley, səni təbrik edirəm. Sən bu xiyabanda ulduza layiqsən. Mən səninlə
fəxr edirəm!” – deyə O’Hara bildirib.
Ondan başqa tədbirdə onun nişanlısı və iki oğlu da iştirak ediblər.
Mənbə: hellomagrussia.ru