Öncəki ekstrimal səyahətləri zamanı doqquz barmağını itirən tanınmış yapon alpinist Nobukazu Kuriki Everest zirvəsinə qalxmağa çalışan zaman həlak olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nepal hökumətinin məlumatına əsasən, 35 yaşlı alpinist qurduğu çadırda ölü tapılıb.
Bu alpinistin dünyanın ən hündür zirvəsini fəth etmək üçün sayca səkkizinci cəhdi idi.
Bazar günü isə Makedoniyadan olan alpinist Himalayın daha hündür nöqtəsində həlak olub. Mayın 17-də isə Başqırdıstandan olan səyahətçi Rüstəm Əmirov Everesti fəth etməyə çalışan zaman donvurmadan dünyasını dəyişmişdi.