Everestdə sağ qalsa da, pilləkəndən yıxılaraq öldü

Everestdə sağ qalsa da, pilləkəndən yıxılaraq öldü

Baxış sayı: 2. 531 dəfə baxılıb.

Şarlotta Foks Everestə ekspedisiya zamanı yeganə sağ qalan alpinist olsa da, pilləkəndən yıxılaraq ölüb.

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “Sovetskiy sport” məlumat yayıb.

Evində yıxılan 61 yaşlı Foksu rəfiqələri aşkar edib. Hadisə yerinə gələn həkimlər idmançının öldüyünü bildiriblər. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.  

1996-cı ilin mayında Foks Everestə ekspedisiya edən alpinistlərdən biri olub. Komandada 8 nəfər olub. Onlardan yalnız Foks güclü tufandan sonra sağ qalmışdı.

www.ÇıxışYolu.Com