af5292b0-1692-4dac-ba40-fe9824c54be7..jpg

Evian meriyasının rəsmisi: “Xurşidbanu Natəvanın heykəlinin götürülməsi ilə bağlı niyyətimiz yoxdur” – FOTO

Baxış sayı: 778 dəfə baxılıb.

Evian meriyasının rəsmisi: “Xurşidbanu Natəvanın heykəlinin götürülməsi ilə
bağlı niyyətimiz yoxdur” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün hər yerdə reallığı əks etdirməyən məlumatlar yayılıb. Bildiyiniz kimi,
Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu
sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul
xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu
heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və
yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb”.

Bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-le Ba şəhər meriyasının
attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.

K.Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması ilə
bağlı suala cavabında bunun onun səlahiyyətləri çərçivəsində olmadığını və
bununla bağlı fikir söyləyə bilməyəcəyini deyib. Ancaq bununla belə, orada
videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin
tapılmasının çətin olacağını qeyd edib.

O diqqətə çatdırıb ki, şəhər meriyasının heykəllə bağlı mövqeyi belədir.

Xatırladaq ki, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının
İsmayıllı şəhəri ilə Fransa Respublikasının Evian-le Ba şəhəri arasında Dostluq
və Əməkdaşlıq Xartiyası imzalanıb.

Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq
əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində
ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə
praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub.

Əməkdaşlığın davamı olaraq 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın
və bağda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu
Natəvanın heykəlinin açılışı olub. Lakin ötən ilin dekabrında heykəl vandalizm
aktına məruz qalıb.

Source link