ba59c635-8623-43f7-b944-af3b37b02b98..jpg

“Evimə, doğma yurduma gedirəm” – Laçından VİDEOREPORTAJ + FOTO

Baxış sayı: 610 dəfə baxılıb.

“Evimə, doğma yurduma gedirəm” – Laçından VİDEOREPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçında Əlövsət dayının Qafqazinfo.az saytına söhbəti zamanı telefonuna zəng
gəlir.

Etika xətrinə cavab vermək istəmir, amma dərhal bu mədəniyyət nümayişinin
qarşısını alıram:

– Narahat olmayın, açın, açın…

– Yoldaşımdır, gedib işdən götürməliyəm, görüm nə deyir…

Yoldaşı Əlövsət dayıya gəlməsinə ehtiyac qalmadığını, evə qonşunun gəlini ilə
birgə dönəcəyini bildirir.

92-ci ildən bu yana Laçının qaytarılması ilə bağlı indiyədək çox telefon
danışığı olmuşdu. Amma ora həyatın qayıtdığını göstərən telefon danışığı məhz
bu idi…

Rayonun Qarakaha kəndində at belində sakinlə qarşılaşırıq. Ötən günlərdə
baxdığım, rəhmətlik Çingiz Mustafayevin işğal zamanı Laçından at belində çıxan
kişidən aldığı müsahibə və orada ünvanladığı sual yadıma düşdü.

Mən də Çingizin o sualını elə onun tərzində təkrarlayıram:

– Hara gedirsiniz, ay dayı?

Cavab 31 il sonra fərqlidir:

– Evimə, doğma yurduma…

– Adınız nədir?

– Qalib…

– Elə biz də…

Əslində, “Elə biz də”ni qalib ölkənin vətəndaşı kimi nəzərdə tutub demişdim.
Amma kənardan biri çəkilişin sonuna kimi mənə elə hey Qalib dedi…


Source link