ecde864a-98da-408b-ab13-ec59ff5e0d23..jpg

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? – FOTO

Baxış sayı: 936 dəfə baxılıb.

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia:
Tanınmışlara narkotik satırmış? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə
istintaq prosesində yeni təfərrüat ortaya çıxıb.

Məlum olub ki, Kalbenin xaricdə kokaindən istifadə etdiyi zaman gizli olaraq
çəkilmiş videosu İstanbul polisinə göndərilib. Həmçinin müğənninin sənət
dünyasında tanınmış bir çox insanı narkotiklə təmin etdiyi iddia olunub.

Xatırladaq ki, İstanbul Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin
qrupları tərəfindən ötən həftə Kalbenin evinə basqın edilib. Keçirilən
əməliyyat çərçivəsində Kalben Sağdıç saxlanılıb.

Onun evində aparılan axtarışlar zamanı 2 000 avro, 730 dollar və 1 500 Türkiyə
lirəsi ilə yanaşı üç parça şəklində, ağırlığı 15 qram olan “skunk” tipli
narkotik vasitə ələ keçirilib.

Həmçinin Kalbenin evində oyuncaq maşının içində narkotik maddə tapılıb. Eyni
zamanda onun içində narkotik olan bir bankanı da eyvandan aşağı atdığı müəyyən
edilib.

Müğənni məhkəmə nəzarəti altındadır və onun xaricə çıxışına qadağa qoyulub.

Mənbə: SABAH

Source link