Evində qonağını öldürənə 18 il həbs cəzası verilib

Evində qonağını öldürənə 18 il həbs cəzası verilib

Baxış sayı: 2. 569 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Çobanovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il oktyabrın 28-də Xudat şəhərində yaşayan Bəxtiyar Çobanov evində, münaqişə zəminində qonağı olan həmyerlisi, 1968-ci il təvəllüdlü Hikmət Babayevə küt və kəsici alətlə xəsarətlər yetirərək, onu qətlə yetirib.

Evi tərk edən Çobanov bir neçə saatdan sonra Xudat şəhər polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

İstintaqda dindirilmiş B.Çobanov bildirib ki, H.Babayevi söyüş söydüyünə görə vurub, hadisə zamanı onlar sərxoş vəziyyətdə olublar. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.ÇıxışYolu.Com