27eea9b1-6424-4b25-831a-931deebe0587..jpg

Evində huşsuz tapılan məşhur türkiyəli aktyorun vəziyyəti bəlli oldu – FOTO

Baxış sayı: 379 dəfə baxılıb.

Evində huşsuz tapılan məşhur türkiyəli aktyorun vəziyyəti bəlli oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktyoru, “Yeşilcam”ın ustad sənətçisi Kadir İnanırın son
vəziyyəti məlum olub.

74 yaşlı aktyorun müalicəsi yaxşı getdiyi üçün martın 27-də ekstubasiya edilən
(nəfəs yoluna qoyulan boru çıxarılıb) İnanır aprelin 1-də reanimasiyadan
çıxarılaraq palataya yerləşdirilib.

Xəstəxanaya aparıldıqdan sonra sağalmağa doğru gedən sənətçi, bu gün
xəstəxanadan buraxılıb, lakin onun reabilitasiya prosesi hələ davam edəcək.

Xatırladaq ki, martın 24-də Beykozdakı evində huşsuz tapılan və Ümraniye
Təhsil və Araşdırma Xəstəxanasına aparılan 74 yaşlı aktyor Kadir İnanır
beynindəki laxtalanma nəticəsində insult keçirdiyi üçün əməliyyat olunub və
ehtiyat tədbiri olaraq intubasiya edilib (nəfəs yoluna boru qoyulub).

Mənbə: Haber Global

Source link