3d0ec04e-bef7-4893-8421-b54620a6e74c..jpg

Evində qohumları ilə telefonla ucadan danışan şəxsi bıçaqlayanın cəzası MƏLUM OLDU

Baxış sayı: 655 dəfə baxılıb.

Evində qohumları ilə telefonla ucadan danışan şəxsi bıçaqlayanın cəzası MƏLUM
OLDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda tanışını bıçaqlamaqda
təqsirləndirilən Sandra Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə
iclası başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sandra Səfərov dörd il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2022-ci il oktyabrın 6-da gecəyarısı Xaçmaz rayonu,
Yalama kəndi, Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Sandra Səfərovun evində internetdən istifadə edərək qohumları ilə
sosial şəbəkə vasitəsilə danışmaq üçün həmkəndlisi, zərərçəkmiş Bəxtiyar
Tarkuliyev qonaq gəlib. Zərərçəkmiş sərxoş vəziyyətdə telefonla qohumları ilə
yüksək səslə danışaraq nalayiq söyüşlər söyüb. Sandra da həmkəndlisinə irad
bildirib. Sonra Bəxtiyar onun bu iradına məhəl qoymayaraq öz hərəkətlərini
davam etdirib. Sandra isə zərərçəkmiş şəxsə onun evindən çıxıb getməsini tələb
etsə də, Bəxtiyar yenə də təqsirləndirilən şəxsin sözlərinə əhəmiyyət verməyib.
Daha sonra Sandra Səfərov mətbəx bıçağı ilə bir dəfə qəsdən onun sol tərəf döş
qəfəsi nahiyəsindən vuraraq, Bəxtiyara xəsarət yetirib.

Source link