22667806-01f0-444f-a082-8d7456e8fc8a..jpg

Evindən iki milyon manatlıq narkotik vasitələr aşkar edilən şəxs: “Kiminsə balasını öldürməmişəm”

Baxış sayı: 715 dəfə baxılıb.

Evindən iki milyon manatlıq narkotik vasitələr aşkar edilən şəxs: “Kiminsə
balasını öldürməmişəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəyəri 2 milyon manatdan artıq olan narkotik maddələrin qanunsuz dövriyyəsində
təqsirli bilinən şəxsin məhkəmə istintaqı yekunlaşıb. Saxlanılan şəxsin evindən
40 kiloqrama yaxın narkotik vasitələr aşkarlanıb.

Ölkə.Az xəbər verir ki, Bəhruz Beybutov bu ilin fevralında Xəzər rayonunun
Mərdəkan qəsəbəsində saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən saxlanılan Bəhruz Beybutovun yaşadığı evdən və üzərindən
külli miqdarda narkotik vasitə aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin (CM) bir neçə maddələri ilə cinayət işi
başlanılb. İstintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin istintaqı hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.

“Dərinliyinə getsək, bəlkə də mən bu zaldan aç-burax gedərəm. Günah eləmişəm.
Günahım nədirsə, iki qatını çəkməyə hazıram. Amma 206-cı maddə ilə razı
deyiləm”.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkməyə hazır olduğunu
deyən Bəhruz Beybutov qaçaqmalçılıqla məşğul olmadığını deyib. İfadəsi zamanı
dediyinə görə, qohumlarının yarısı həbsdədir.

“Qohumlarımdan həbsxanada olan çoxdur – əmilərim, əmim uşaqları. Narkotik
maddə ilə tutulan da var, başqa maddələrlə cəza çəkən qohumlarım da”, – o deyib.

Şahid ifadələrindən sonra məhkəmə çıxışları başlayıb. Dövlət ittihamçısı
məhkəmədən təqsirləndirilən şəxsi elan olunan ittihamla təqsirli bilərək 17 il
müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Vəkil müdafiə etdiyi şəxsə CM-nin qaçaqmalçılıq maddəsi ilə bəraət verilməsini
məhkəmədən xahiş edib.

Bəhruz Beybutov son sözündə dövlət ittihamçısının ona ağır cəza istəməsinə
narazılığını bildirib:

“Mənə 17 il iş istəyirsiniz. Mən adam öldürməmişəm. Kiminsə balasını
öldürməmişəm. Mən məhkəmənin ədalətli qərar çıxaracağına əminəm”.

Sonda məhkəmənin hökmü ilə Bəhruz Beybutov 15 il müddətinə azadlıqdan məhrum
olunub.

Source link