Evindən televizor aparanı öldürənə hökm oxunub

Evindən televizor aparanı öldürənə hökm oxunub

Baxış sayı: 3. 354 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Sadiq Nəhmətovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il noyabrın 5-də saat 19 radələrində Əmircan qəsəbəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Zahir Hacıağayevanın meyiti aşkar edilib.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti münaqişə zəmnində törədən Sadiq Nəhmətov tutulub. O, etiraf edib ki, tüfeyli həyat tərzi sürən Z.Hacıağayevı bıçaqlayaraq, öldürüb. 

Məhkəmə prosesində verdiyi ifadısində Sadiq Nəhmətov Zahir Hacıağayevi öldürmək niyyəti olmadığını deyib: 

“Evə gələndə gördüm qapı açıqdı, televizor da yoxdu. Qonşum televizoru Zahirin apardığını dedi. Hacıağayev əvvəl də məndən televizoru istəmişdi, amma mən verməmişdim. İkimiz də futbol azarkeşi idik, bir yerdə oturub baxırdıq. Həmin gün də “Barcelona”nın oyunu var idi, futbola baxacaqdım.

Öyrəndim ki, televizoru kiməsə satıb. Əsəbiləşdim, bıçaq götürüb məhəlləyə çıxdım. Zahir həyətdə bir nəfərlə dayanmışdı, söhbət zamanı, ünvanıma söyüş söydü, mən də vurdum, televizoru satdığını boynuna almadı. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm”.

Məhkəmənin hökmü ilə S.Nəhmətov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com