b7ed05e4-c587-437c-8d64-bae774bab7f1..jpg

Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir? – ARAŞDIRMA

Baxış sayı: 709 dəfə baxılıb.

Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir? – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müqavilənin olmaması həm ev sahibinin, həm də kirayəçilərin hüquqları
baxımından risk yaradır”.

Bu fikirləri Yenisabah.az-a “Azərbaycan Rieltorlar Assosiasiyası”nın
direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

O bildirib ki, ölkədə evi olmayan minlərlə insan var və onlar adətən
başqasının evində kirayəçi kimi yaşayırlar.

“Azərbaycanda stabil kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu
bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada – şifahi razılıq
əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir
qayda olaraq müqavilə bağlamırlar”.

Ekspert qeyd edib ki, bizim cəmiyyətdə hüquqi xidmətlərdən istifadə etməklə
bağlı təcrübə azdır.

“Biz hələ də sovet hökumətinin qalıqlarıyıq və hüquqi xidmətlərdən istifadə
etmir, buna vəsait ayırmırıq. Ona görə də bizi addımbaşı aldadırlar, özümüz də
qanunları bilmirik. Ev sahibləri düşünür ki, mən müqavilə imzalasam, vergi
ödəyəcəyəm və qazancımı itirəcəyəm. Bizdə hələ də bu stereotip hökm sürür.

Xaricdə isə belə deyil. İnsanlar daşınmaz əmlakla bağlı məsələlərdə kifayət
qədər əliaçıq olurlar, risklərdən qaçmaq üçün bu işi peşəkar əmlakçılara həvalə
edirlər. Həmin əmlak şirkətlərinin çoxunun hüquqşünasları olur və hazır
müqaviləni, kompleks xidmətləri hazırlayırlar, evə müştəri də tapırlar.

Bizdə isə insanların ağlına gəlmir ki, hər hansı əhd bağlayanda, danışıqlara
gedəndə özü ilə hüquqşünas aparsın”.

E.Azadovun sözlərinə görə, ev sahibi müqavilə bağladıqda vergi məbləği heç də
düşünüldüyü kimi böyük olmur.

“Vergi məbləği 14 faiz təşkil edir. Hər 100 manata 14 manat vergi ödənməlidir,
bu isə çox böyük məbləğ deyil.

Bəzi vətəndaşlar primitiv müqavilə imzalayırlar. Bunu əmlakçılar edirlər, sadə
bir vərəqə ünvanı, ev yiyəsinin ad, soyadını, kirayəşinin ad, soyadını və
kirayə məbləği yazırlar. Bu “sənəd”in hüquqi tərəfi yoxdur, çünki notariusda
qeydiyyatdan keçmir. Lakin hər hansı məsələ məhkəmə predmeti olarsa, sübut
olaraq keçərli olur.

Qanunla müqavilə bağlanmalıdır, çünki qanunlarımızda qeyd olunur ki,
Azərbaycan vətəndaşı istənilən gəlirdən vergi ödəməlidir. Hər hansı formada
qazanc əldə etmisənsə, o qazancdan vergi ödəməlisən. Bu qanunvericilikdə
nəzərdə tutulub”.

Məsələ ilə bağlı danışan hüquqşünas Ələsgər Əhmədoğlu isə qeyd edib ki, ev
sahibləri vergidən yayınmaq üçün rəsmi müqavilə bağlamaqdan boyun qaçırırlar:

“Evini kirayə verən şəxs mütləq şəkildə kirayə haqqının müəyyən faizini vergi
olaraq ödəməlidir. Bu gün isə daşınmaz əmlakı olanlar bu vergidən yayınmaq üçün
həmin rəsmi müqaviləni imzalamırlar. Evin kirayə verildiyi rəsmiləşdirilmədiyi
zaman vergidən yayınmanı sübut etmək bir az çətin olur. Sabah ev sahibi çıxıb
deyə bilər ki, mən evimi əvəzsiz vermişəm və heç bir pul almamışam. Bu səbəbdən
adətən kirayəşinlə ev sahibi arasında sözlü razılaşma olur.

Burada bir məsələ də var. Ev sahibi rəsmi müqaviləyə görə, kirayəşini
qeydiyyata salmalıdır. Ev sahibləri isə bunu istəmir. Qeydiyyat müvəqqəti olsa
da, ev sahibləri düşünür ki, sonradan bu problem yarada bilər”.

Source link