Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cəlilabadda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər
saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən
qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur
Səxavətli və Şəhadət Seydanov müəyyən edilərək saxlanılıblar. Həyata keçirilən
əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif
vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən
edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.