Evlərdən silsilə oğurluq edən keçmiş məhkum həbs edildi

Evlərdən silsilə oğurluq edən keçmiş məhkum həbs edildi

Baxış sayı: 2. 419 dəfə baxılıb.

Evlərdən silsilə oğurluq edən keçmiş məhkum həbs edildi

Evlərdən silsilə oğurluq edən məhkum həbs edilib.

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, iyul ayının 9-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən iki ədəd qızıl-zinət əşyasının və 300 manat pulunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli Burcalıyev olduğu məlum olub.

O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. F.Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Balakən rayonunda daha iki evdən oğurluq etdiyi məlum olub.

Belə ki, iyulun 18-də şəhər ərazisindəki evlərin birindən iki ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkar edilib. Oğurlanmış qızıllar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

www.ÇıxışYolu.Com