4c7344ad-22e6-4308-abde-55eb3a0d49cb..jpg

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır – SORĞU + VİDEO

Baxış sayı: 663 dəfə baxılıb.

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik
yaradır – SORĞU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illər paytaxtda mənzillərin xeyli bahalaşması ipoteka krediti ilə mənzil
sahibi olmaq istəyənləri də seçim qarşısında qoyub.

Xezerxeber.az-ın məlumatına görə, mənzillər bahalaşdığı üçün ipoteka məbləği
də çox olmalıdır.

Aparılan sorğudan da aydın olur ki, paytaxt ərazisində ipoteka ilə mənzil
almaq hələ də bəzi vətəndaşların imkanı xaricindədir. Belə ki, əvvəllər Bakıda
50-60 min manata satılan bina evlərini hazırda 100 min manatdan ucuz qiymətə
tapmaq müşkülə çevrilib.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, mənzillərin qiyməti
artdıqca ipoteka krediti üçün aylıq ödənişlərin də məbləği artır.

Ekspert onu da vurğulayıb ki, qiymət baxımından yeni tikilən binalar bəzi
vətəndaşlar üçün, ümumiyyətlə, əlçatan deyil. Ona görə də, ipoteka
kreditlərinin məbləği əmlak bazarındakı qiymət artımı ilə uyğunlaşdırılmalıdır.

Ətraflı süjetdə:


Source link