9ae63211-a42a-4c00-b8d8-3dd7fde7e7b8..jpg

Evlərini, maşınlarını satsalar da əməliyyat üçün 1 000 manatları çatmır – FOTO

Baxış sayı: 698 dəfə baxılıb.

Evlərini, maşınlarını satsalar da əməliyyat üçün 1 000 manatları çatmır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Aygül Əliyeva məlumat verib.

O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir:

“Yusifin altı yaşı olanda onun qaraciyər sirrozundan əziyyət çəkdiyini
öyrəndik. Həmin gündən bu günə qədər müalicələrini etdirsək də, demək olar, heç
bir irəliləyiş qeydə alınmayıb. Həkimlər Yusifin təcili qaraciyər köçürülmə
əməliyyatına ehtiyacı olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl
klinikalardan birində həyata keçiriləcək”.

Aygül Əliyeva bildirib ki, əməliyyat pulunu tamamlamaq üçün evlərini satıblar:

“Yusifə donor Türkiyədə tapılıb. Yusifin əməliyyatı üçün 45 000 dollara (76
500 manat) ehtiyac var. Əslində, məbləği tamamlamışdıq. Əməliyyat olmalı idik
amma Yusif ard-arda iki dəfə ağır xəstələndi. Birinci dəfə xəstəliyinə görə
vəziyyəti ağırlaşdı, ikinci dəfə isə pnevmoniya oldu. Buna görə də əməliyyat
pulundan xərcləməli olduq. Həkim birinci dəfə müalicə yazdı, etdik. Hazırda
əməliyyat məbləğimizin 1 000 manatı çatmır. Yardımsevər şəxslərdən bizə yenidən
dəstək olmalarını xahiş edirik. Nə qədər tez gedib əməliyyat olsa, onun səhhəti
üçün o qədər yaxşıdır. Biz imkansız adamlarıq, mən işləmirəm, yoldaşım isə
fəhlədir. O məbləği tapmaq bizim üçün qeyri-mümkündür. Buna görə də evimizi,
maşınımızı satmışıq. Yusif bizim tək övladımızdır. Onu itirmək bizim üçün ölümə
bərabərdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 958-80-49.

“Beynəlxalq Bank”: 4127 2093 0159 3577.

Source link