b49345e6-576e-4d24-b025-306078adf632..jpg

Evlərini satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var – FOTO

Baxış sayı: 716 dəfə baxılıb.

Evlərini satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: Doqquz yaşlı
Yusifin dəstəyə ehtiyacı var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Aygül Əliyeva məlumat verib.

O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir:

“Yusifin altı yaşı olanda onun qaraciyər sirrozundan əziyyət çəkdiyini
öyrəndik. Həmin gündən bu günə qədər müalicələrini etdirsək də, demək olar, heç
bir irəliləyiş qeydə alınmayıb. Həkimlər Yusifin təcili qaraciyər köçürülmə
əməliyyatına ehtiyacı olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl
klinikalardan birində həyata keçiriləcək”.

Aygül Əliyeva bildirib ki, əməliyyat pulunu tamamlamaq üçün evlərini satıblar:

“Yusifə donor Türkiyədə tapılıb. Yusifin əməliyyatı üçün 45 000 dollara (76
500 manat) ehtiyac var. Əslində, məbləği tamamlamışdıq. Son günlərdə Yusifin
halı anidən pisləşdi, həkim, analiz, dərmanlar üçün yenidən əməliyyat pulundan
xərcləməli olduq. Hazırda əməliyyat məbləğimizin 1 000 manatı çatmır.
Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirik. Nə qədər
tez gedib əməliyyat olsa, onun səhhəti üçün o qədər yaxşıdır. Biz imkansız
adamlarıq, mən işləmirəm, yoldaşım isə fəhlədir. O məbləği tapmaq bizim üçün
qeyri-mümkündür. Buna görə də evimizi satmışıq. Yusif bizim tək övladımızdır.
Onu itirmək bizə ölümə bərabərdir. Yardımsevər şəxslərdən bizə dəstək
olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 958-80-49

Source link