27fb6286-a357-4cb7-a13f-1170bdeeb2bd..jpg

Evlərini və maşınlarını satsalar da əməliyyat üçün pulları çatmır: Lalənin valideynləri fəryad edirlər – FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

Evlərini və maşınlarını satsalar da əməliyyat üçün pulları çatmır: Lalənin
valideynləri fəryad edirlər – FOTO

Dörd yaşlı Lalənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Aytən Hüseynova məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

“Lalənin dörd yaşı var, doğulandan son dövrlərə qədər səhhətində heç vaxt
ciddi problem olmayıb. Altı ay öncə isə övladımın qaraciyər sirrozundan əziyyət
çəkdiyini öyrənmişik. Həmin gündən indiyə qədər lazım olan bütün müalicələrini
etmişik, amma həkimlər qeyd edirlər ki, mütləq Laləyə qaraciyər köçürülməli,
əməliyyat olunmalıdır”.

Aytən Hüseynova əməliyyat üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Lalənin donoru öz əmisi oğlu olacaq. Əməliyyat üçün isə bizə ümumilikdə 76
000 manat lazımdır. Həmin məbləği toplamaq üçün evimizi və maşınımızı satmışıq.
Amma hələ də 6 000 manatımız çatmır. Xahiş edirəm ki, yardımsevər şəxslər bizi
bu yolda tək buraxmsınlar”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb. Valideynə bildirilib ki, Nazirlər
Kabinetinin Xidmətlər Zərfinə 04.08.2023-cü il tarixli düzəliş edilməsi barədə
qərarına əsasən, qaraciyər köçürülməsi əməliyyatı təminata alınıb. Lakin
valideyn gözləmək istəmədiyini bildirib və əməliyyatın qısa zamanda Turkiyə
Respublikasında icra olunmasını istəyib.

Ailə ilə əlaqə: (055) 678-85-89

Source link