Exit-poll: Gürcüstanda seçkilərdə müxalifət səslərin 40 faizini toplayır

Baxış sayı: 2. 577 dəfə baxılıb.

Exit-poll: Gürcüstanda seçkilərdə müxalifət səslərin 40 faizini toplayır

Güscüstanda prezident seçkilərində aparılan exit-poll sorğusunun nəticələri açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, ABŞ-ın nüfuzlu Edison Research şirkətinin keçirdiyi exit-poll soğrusunun nəticələri seçkilərin ikinci turunu vəd edir. 

Exit-poll-un nəticələrinə görə, hakim partiyanın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə Vahid Milli Hərəkat partiyasının sabiq üzvü, 11 müxalifət partiyasının yaratdığı “Güc birlikdədir” birliyinin lideri Qriqol Vaşadze hərəsi 40 faiz səs toplayıb. 

“Avropalı Gürcüstan” partiyasının lideri David Bakradzeyə isə seçicilərin 10 faizi səs verib. 

Qaydalara əsasən, namizədlərdən heç biri 50 faiz səs toplamasa, seçkilərin ikinci turu keçiriləcək. 

www.ÇıxışYolu.Com