“Exit-poll” keçirmək istəyən təşkilatlar MSK-ya müraciət ediblər

“Exit-poll” keçirmək istəyən təşkilatlar MSK-ya müraciət ediblər

Baxış sayı: 2. 499 dəfə baxılıb.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün təşkilat MSK-ya sənədlərini təqdim edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək  akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.  Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə exit-poll keçirmək üçün MSK-ya müraciət edib.

www.ÇıxışYolu.Com