“Exit-poll”un keçiriləcəyi dairələrin sayı məlum olub

“Exit-poll”un keçiriləcəyi dairələrin sayı məlum olub

Baxış sayı: 6. 352 dəfə baxılıb.

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els” Müstəqil Araşdırmalar Mərkəzi 118 və “RƏY” Monitorinq Mərkəzi  48 seçki dairəsində monitorinq keçirəcək.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

www.ÇıxışYolu.Com