“Exo” qəzetinin baş redaktoru və tanınmış jurnalist Rauf Talışinskinin ölümündən sonra onun rəhbərlik etdiyi qəzet bağlanacaq.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında qəzetin baş redaktorunun müavini Ruslan Manafov deyib.
Onun sözlərinə görə, qəzetin və saytın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır.
“Kollektivimiz Rauf Talışinskinin ölümündən sonra başqa şəxsin baş redaktor olmasını qəbul etmir. Bundan başqa, onun ölümündən sonra ciddi maliyyə problemlərimiz yaranıb.
Yekunda qəzetin bağlanması ilə bağlı qərar qəbul etdik”, – baş redaktorun müavini deyib.
Qeyd edək ki, “Exo” qəzeti 2001-ci ilin yanvarında təsis edilib və tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda xüsusi populyarlıq qazanıb.
Əli Məmmədov
www.ÇıxışYolu.Com