Daim müştərilərini düşünən “Expressbank” “Asan Kreditlərə 8% endirim” kampaniyasına böyük marağı və filiallara axını nəzərə alaraq, bayram günlərində də sizlərə xidmət göstərəcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, müştərilər 17, 23, 24 və 26 mart tarixlərində, saat 10:00-dan 15:00-dək “Expressbank”ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:
– Asan kreditin verilməsi
– Expresso kartın sifarişi
– Smilecardın verilməsi
– Təcili pul köçürülməsi və alınması
– Depozit qəbulu
– Kart sifarişi və təhvili
– Valyuta mübadiləsi
– Hesaba mədaxil/məxaric
– Hesabın açılması və bağlanması.
Bundan əlavə olaraq “Exspressbank”ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində sizlərə aşağıdaki xidmətləri göstərəcək:
– Valyuta mübadiləsi;
– Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;
– Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);
– Kredit üzrə ödənişlər;
– Kommunal və digər ödənişlər.
Qeyd edək ki, “Expressbank”da nağd pul kreditlərinə 8% endirim kampaniyası mart ayının 31-dək davam edir. Kampaniya çərçivəsində siz də bankın filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə sərfəli şərtlərlə 15000 manatadək “Asan kredit”i illik cəmi 20%-lə əldə edə bilərsiniz.
Bankın bayram günlərində də xidmətinizdə olması bu kreditlərin əldə edilməsi üçün gözəl fürsətdir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.
Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.