202b92f3-3285-4aeb-910d-cd545229bef7..jpg

Eyfel qülləsi ziyarətçilərin üzünə bağlandı

Baxış sayı: 994 dəfə baxılıb.

Eyfel qülləsi ziyarətçilərin üzünə bağlandı

Fransada pensiya islahatları ilə əlaqədar ümummilli tətilə görə Eyfel qülləsi
ziyarətçiləri qəbul etməyi dayandırıb.

Bu barədə paytaxt rəhbərliyindən bildirilib.

“Ümummilli tətilə görə, Eyfel qülləsi hazırda bağlıdır”, – deyə məlumatda
bildirilib.

Xatırladaq ki, bir gün əvvəl Luvr muzeyi
işçilərin tətili səbəbindən ictimaiyyət üçün bağlanmışdı.

Fransada pensiya yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər
keçirilir. Yeni qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.

Mənbə: TASS

Source link