0cf2edb3-6de0-413e-8f4b-57973702db7b..jpg

Eyni anda iki dostla birlikdə olan qadın sevgilisinin ölümünə səbəb oldu – CİNAYƏT İŞİ + VİDEO

Baxış sayı: 629 dəfə baxılıb.

Eyni anda iki dostla birlikdə olan qadın sevgilisinin ölümünə səbəb oldu –
CİNAYƏT İŞİ + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kişi həyat yoldaşı ilə sevgili olan dostunu öldürüb.

Belə ki, Fərhad (adlar şərtidir) səkkiz il sonra Bakıya gəlib və tələbəlik
dostu Coşqunla görüşüb. O, axşamüstü qayıtmalı olduğunu bildirsə də, Coşqun ona
“şəhəri gəzməyə, dərdləşməyə vaxtın tapılar” deyir və qoluna girərək şəhərə
aparır.

Doğrudanmı Fərhad Bakıya yalnız tələbəlik dostu Coşqunu görmək üçün gəlib,
yoxsa səfərinin başqa məqsədi var?

İstintaq zamanı məlum olub ki, Fərhad ilk dəfə Bakıya ali təhsil almaq üçün
gəlib. Universiteti bitirdikdən sonra bir müddət özəl şirkətdə sürücü işləyib
və tələbə yoldaşı İlahə ilə ailə qurduqdan sonra yaşadığı kəndə qayıdıb. İlahə
ilə Fərhadın toyunda Coşqun və digər tələbə yoldaşları da iştirak ediblər.

Coşqun və Fərhad əvvəlcə tələbəlik illərində tez-tez görüşdükləri parka
gəliblər. Universitet illərini, başlarına gələn hadisələri, keçən günləri
xatırlayıblar. Coşqun şəhərdə hər şeyin dəyişdiyini deyir və Fərhadın rayonda
vəziyyətini soruşur. Fərhad “hər şey yaxşıdır”, “mən xoşbəxtəm” kimi qısa
kəlmələrlə cavab verir.

Sonra onlar maşınla dəniz kənarına gedirlər. Coşqun darıxanda tez-tez bu
yerlərə gəldiyini, gəmilərə baxaraq həyatını düşündüyünü deyib. Atasının ölümü,
özünün indiyədək ailə qurmaması, həyatın daha da çətin olması haqda gileylənib.
Fərhad ona təsəlli verib, hər şeyin hələ irəlidə olduğunu deyib və birlikdə
nahar etməyi təklif edib.

Məhkəmədə dindirilən Fərhad kafeyə getmək təklifini orada spirtli içki içmək
məqsədinin daşıdığını və bunu əməlini daha cəsarətli törətmək üçün etdiyini
bildirib.

Beləliklə, onlar şəhər kafelərindən birinə nahar etməyə gəliblər. Yemək zamanı
spirtli içki qəbul ediblər. Fərhad artıq heç nə danışmır, sadəcə Coşqunun
sərxoş söhbətlərinin bitməsini və bir qədər gərginliyin başlamasını gözləyir.
Coşqun Fərhada münasibətdə olduğu bir qadın haqqında danışır. Bu zaman Fərhadın
ağlına həyat yoldaşı İlahə düşür. Aqressivləşməyinə baxmayaraq, əsəblərini
cilovlaya bilir. Bu, onların arasında yaranan gərginliyin başlanğıcı olur.

Onlar kafedən sərxoş çıxıb küçədə gəzirlər. Fərhad sözünü demək üçün cəsarət
toplayır. Bu vaxt Coşqun artıq vaxtın gec olduğunu və sağollaşmaq lazım
olduğunu deyir. Amma Fərhad “gəl, gedək bir çay içək, sonra” deyir və Coşqunun
qolundan yapışaraq ən yaxın çayxanaya aparır.

Çayxanada təsadüfdən onlardan başqa heç kim olmur. Fərhad süfrə arxasında
oturub çay içərkən söhbətə başlamağı düşünür. Əvvəlcə o, zəng etmək üçün
Coşqundan telefonunu istəyir. Coşqunun üz ifadəsi gərginləşsə də, bunun sadə
bir xahiş olduğunu zənn edərək telefonunu Fərhada uzadır. Fərhad həyat yoldaşı
İlahənin nömrəsini tapır, ona zəng edir və telefona cavab verən İlahə “hə,
sevgilim” deyir. Coşqunun əl-ayağı əsməyə başlayır, ağlına gələn ilk sözlərlə
özünü müdafiə etməyə çalışaraq bunun İlahə ilə tələbəlik illərindən qalan
zarafat olduğunu deyir. Hər şeyin səhv olduğunu bilən və bunu demək üçün Bakıya
gələn Fərhad əsəblərini cilovlaya bilmir, süfrədəki çaydanı Coşqunun başına
vurur. Coşqun hadisə yerində qanitirmədən vəfat edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Source link