Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın bir cüdoçusu finala çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, Turan Bayramov (-60 kq) Avstriya, Yunanıstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək qızıl medal uğrunda həlledici görüşə vəsiqə qazanıb.
Onun finaldakı rəqibi rusiyalı Rizvan Məhəmmədov olacaq.
Şükran Zamanlı (-55 kq), Gülşən Bəşirova (-44 kq) və Səbinə Əliyeva (-48 kq) isə bürünc medal uğrunda görüşəcək. Onların rəqibləri müvafiq olaraq Vladislav Kolobov (Ukrayna), Yoslin Supusepa (Niderland) və Selin Dyeriks (Belçika) olacaq.
Qeyd edək ki, final görüşləri saat 16:00-dan etibarən start götürəcək.
Səbuhi Musayev