EYOF-2019: Qız atletimiz finala çıxdı

Baxış sayı: 2. 164 dəfə baxılıb.

EYOF-2019: Qız atletimiz finala çıxdı

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan atleti finala çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, qadınların üçtəkanla tullanma yarışında Sabrina Zralova təsnifat mərhələsində 12,23 metr nəticə göstərib.

Onun nəticəsi idmançımızın iyulun 26-da keçiriləcək finalda yarışmasına imkan verib.

Qeyd edək ki, Lamiyə Vəliyeva və Əli Abdıyev 200 metr məsafəyə qaçışda XIV yeri tutub və finala vəsiqə qazana bilməyiblər.

Səbuhi Musayev