a2216319-9f40-4bbf-8f82-4748918194e5..jpg

Ezamiyyə ödənişlərinin artırılması gözlənilir – VİDEO

Baxış sayı: 622 dəfə baxılıb.

Ezamiyyə ödənişlərinin artırılması gözlənilir – VİDEO

Son vaxtlarda maaş və pensiyaların artırılması ezamiyyə xərcləri ilə bağlı
məsələni də gündəmə gətirib. Həm ərzaq sektorunda, həm də bütün xidmət
sahələrində olan bahalaşmaya baxmayaraq, ezamiyyə ilə bağlı məsələ dəyişməz
olaraq qalır.

Xezerxeber.az xəbər verir ki, ezamiyyə xərcləri 2012-ci ildə təyin olunub və
bu vaxtadək artmayıb.

İqtisadçı ekspert Xalid Kərimli deyib ki, son illərdəki qiymət artımına nəzər
saldıqda sözügedən xərclər kifayət qədər aşağı hesab olunur. Ezamiyyə ilə bağlı
qanunun ən az iki ildən bir yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var.

Xalid Kərimli qeyd edib ki, ezamiyyə xərcləri ciddi şəkildə artırılmalıdır.

Millət vəkili Vüqar Bayramov bildirib ki, dünyada baş verən inflyasiya nəzərə
alınaraq ezamiyyə xərclərinin yaxın zamanda artırılacağı gözlənilir.

O qeyd edib ki, yeni tariflər müəyyən edilərkən həm daxili, həm də xarici
inflyasiya nəzərə alınacaq. Bu səbəbdən də ezamiyyə xərclərində ciddi artımın
olacağı gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link