a4ef33dd-85f9-4897-bf41-c764226f6c34..jpg

Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb

Baxış sayı: 805 dəfə baxılıb.

Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham
irəli sürülüb.

Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham
irəli sürülüb.

Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin
188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ
olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb
və şübhəli şəxs qismində saxlanılıb.

Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində
üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Source link