a69c2f73-4e56-4ca9-9b50-c9dc3dd48dca..jpg

Fəaliyyətini dayandıran klublar federasiyanı çətin vəziyyətdə qoydular: “Rəsmi münasibət bildirə bilmirik”

Baxış sayı: 702 dəfə baxılıb.

Fəaliyyətini dayandıran klublar federasiyanı çətin vəziyyətdə qoydular: “Rəsmi
münasibət bildirə bilmirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər sosial mediada “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”
komandalarının fəaliyyətlərinin dayandırılması ilə bağlı açıqlamalar verilib.
Buna baxmayaraq, klublar tərəfindən federasiyaya məlum məsələyə dair rəsmi
müraciət olunmayıb”.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən bildirilib.

“Komandaların rəhbərlikləri dekabr ayında bizə oyunların təxirə salınması
(müddət qeyd olunmayıb) ilə bağlı rəsmi məktub ünvanlayıblar. Lakin klubların
tam olaraq fəaliyyətlərinin dayandırılması və çempionatda iştirak etməyəcəkləri
ilə bağlı federasiyaya rəsmi müraciət olunmadığından hazırda məsələyə rəsmi
münasibət bildirə bilmirik”, – deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”
klubları maliyyə problemləri ucbatından fəaliyyətlərini dayandırıblar.

Source link