10f85b40-3f3a-4a21-8b2e-f5111a460a9c..jpg

Fədakarlıqla bağlı daha bir görüntü: Tibb bacısı zəlzələ anında xəstə uşaqların yanına qaçır – VİDEO

Baxış sayı: 824 dəfə baxılıb.

Fədakarlıqla bağlı daha bir görüntü: Tibb bacısı zəlzələ anında xəstə
uşaqların yanına qaçır – VİDEO

Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında xəstəxanaların
birində zəlzələ anında tibb bacısının fədakarlığı barədə video paylaşıb.
Kadrlarda qorxunc təkanlara baxmayaraq, gənc qadının öz həyatını düşünmədən
uşaqları xilas etməsi görünür.

“Qaziantep İnayet Topçuoğlu Xəstəxanasındakı dostlarımız zəlzələ zamanı
canları bahasına xəstə uşaqlarımızı xilas etdilər. Başqa xəstəxanalarda da
bunun kimi çoxlu nümunələr var”, – deyə nazir vurğulayıb.

Kadrlarda əks olunan Şeyma Alakuş sonradan yerli mediaya verdiyi müsahibədə:
“Xəstələrə bir şey olacağı təqdirdə vicdan əzabından yaşaya bilməzdim”, – deyə
bildirib.

Məlumata görə, tibb işçisi yeraltı təkanların davam etməsinə baxmayaraq, hər
xəstəsini təhlükəsiz yerə çıxartdıqdan sonra yenidən geri, növbəti
pasiyentlərinin arxasınca qayıdıb.

Mənbə: Haber Global


Source link