21dae3c0-923b-4cd0-9f93-aa3343e201f9..jpg

Fədayə Laçın: “Cəzamı həbsxanada oxuya-oxuya çəkdim” – VİDEO

Baxış sayı: 519 dəfə baxılıb.

Fədayə Laçın: “Cəzamı həbsxanada oxuya-oxuya çəkdim” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəzamı həbsxanada oxuya-oxuya çəkdim”.

Bizim.media xəbər verir ki, bu sözləri Fədayə Laçın qonaq olduğu verilişlərin
birində deyib.

Sənətçi həbsxanada keçirdiyi günlərini yada salıb:

“Yorğanımın altında ağlamışam. Yatanda, hamıdan xəlvət… Amma ağlamaq
istəyəndə mahnı oxuyub sakitləşmişəm. Oradakılar ağlaşıblar, mən də oxumuşam.
Həbsdə beş il qalmalı idim, amma elə oldu ki, iki ildən sonra azadlığa çıxıb,
səhnələrə qovuşdum”.

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 2019-cu il
oktyabrın 29-da azadlığa buraxılıb.


Source link