Fədayə Laçın daha bir arzusuna çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Arzularımdan biri avtobus sürücüsü olmaq idi. Amma alınmadı, müğənni oldum.
Avtobus sürücüsü olsaydım, sükan arxasında oxuyardım”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “Günaydın, Azərbaycan!”
verilişinə müsahibəsində deyib.
Paytaxdakı avtobusların birinə minən sənətçi ictimai nəqliyyatdan istifadə
etmədiyi üçün gedişhaqqı qiymətindən xəbərdar olmadığını bildirib.
F.Laçın avtobus sükanı arxasına əyləşərək onu idarə də edib:
“Elə bilirsiniz ki, avtobus sürməyi bacarmaram? Oxumağı bacardığım kimi
avtobusu sürməyi də bacararam. Pul qazanmaq üçün əziyyətli işləri ayıb bilən və
ya tənbəllik edən biri deyiləm. Əsas odur ki, insan pul qazansın və ailəsini
dolandırsın”.