Fədayə Laçın intihara cəhd edib?

Fədayə Laçın intihara cəhd edib?

Baxış sayı: 2. 569 dəfə baxılıb.

Bir neçə aydır həbsdə olan müğənni Fədayə Laçın vəkili Türkel Süleymanlı ilə görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, Süleymanlı bildirib ki, sosial şəbəkələrdə ifaçının intihar etməsi ilə bağlı xəbərlər yayılıb, ancaq bu xəbərlər əsassızdır:

“Mən Fədayə xanımla görüşdüm. Özünü yaxşı hiss edir, saxlanma şəraiti isə qaydasındadır. Təəssüf ki, sosial şəbəkələrdə onunla bağlı xoşagəlməz söhbətlər yayılır. Bunlardan biri də guya Fədayənin intihara cəhd etməsidir. Yayılan bu informasiya həqiqəti əks etdirmir və yalandır. Xahiş edirəm belə xəbərlər yayanda diqqətli olsunlar. Çünki çöldə Fədayəni gözləyən qohumları, ailəsi var”.

.
www.ÇıxışYolu.Com