Fələstin ABŞ-ı məhkəməyə verir

Fələstin ABŞ-ı məhkəməyə verir

Baxış sayı: 2. 355 dəfə baxılıb.

Fələstin azadlıq təşkilatının icraiyyə komitəsinin baş katibi Saib Arikat BMT-nin Beynəlxalq məhkəməsinə ABŞ hökumətindən şikayət edəcəklərini bəyan edib.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə keçirməsidir.

“Şikayət ərizəsi yaxın günlər ərzində hazırlanacaq”, – deyə Arikat bildirib.

Qüdsün statusu – qızğın müzakirə mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto olaraq buraya getmək hüququndan məhrumdur.

İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb.

.
www.ÇıxışYolu.Com