Fələstin lideri prezident və parlament seçkiləri keçirməyə hazır olduğunu
açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fələstin lideri Mahmud Abbas Qüds də daxil olmaqla bütün Fələstin ərazilərində
ümumxalq prezident və parlament seçkisi keçirməyə hazır olduğunu bildirib.
Ər-Riyadda ərəb və müsəlman ölkələri liderlərinin növbədənkənar sammitinin
açılışında çıxışı zamanı M.Abbas Fələstin hakimiyyət orqanlarına beynəlxalq
dəstəyə çağırıb. Onun sözlərinə görə, bu, Fələstin ərazilərində fəaliyyət, o
cümlədən Qəzza zolağının bərpası üçün lazımdır.
O, həmçinin Fələstinli qaçqınlarla bağlı problemin həlli üçün zəmanətlərin və
qrafikin təqdim edilməsinə zərurət yarandığını da bildirib.
Mənbə: Lenta.ru