Fələstin səfirindən açıqlama: HƏMAS İsraili tanımağa hazırdır?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fələstinin HƏMAS hərəkatından İsraili dövlət kimi tanımağa hazır olduqlarına
dair siqnallar daxil olur”.
Bu sözləri Fələstinin Vyanadakı səfiri Salah Abdel Şafi deyib.
Diplomatın sözlərinə görə, Fələstinlə HƏMAS arasındakı fərq siyasi fikir
ayrılığındadır.
“Biz həmişə iki dövlətin tərəfdarı olmuşuq. HƏMAS İsraili dövlət kimi tanımaq
istəmirdi”, – deyə o bildirib.
Eyni zamanda Şafi vurğulayıb ki, hazırda HƏMAS-dan müsbət siqnallar gəlir ki,
onlar da iki dövləti tanımağa hazırdırlar.
Həmçinin Salah Abdel Şafi vasitəçiləri Qəzzadakı vəziyyətlə bağlı obyektiv
mövqe tutmağa çağırıb.
Mənbə: RT.ru