Fələstinlə İsrail atəşkəsə dair razılığa gəldilər

Baxış sayı: 1. 829 dəfə baxılıb.

Fələstinlə İsrail atəşkəsə dair razılığa gəldilər

İsrail hökuməti və Fələstinin HƏMAS hərəkatı atəşkəs haqqında razılıq əldə ediblər.

Bu barədə ÇıxışYolu.Com “Reuters”ə istinadla xəbər verir.

İsrail tərəfi hələlik bu xəbəri şərh etməyib. Misirin vasitəçiliyi ilə aparılan danışıqların gedişatından məlumatı olan fələstinli məmur bildirib ki, atəşkəs Bakı vaxtı ilə 00:45-dən qüvvəyə minməlidir.

Cümə axşamı İsrail HHQ-yə məxsus təyyarələr Fələstində 100-dən çox obyektə zərbə endirmişdilər. Bu, bir gün öncə Fələstin tərəfdən İsrail ərazisinin raket atəşinə tutulmasına cavab tədbiri idi.

www.ÇıxışYolu.Com