“Fəlakət”in rol aldığı türk serialında YENİ SİMALAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda “Fəlakət” rolu ilə sevilən aktyor Elşən Orucovun da rol aldığı
“Çırak” adlı türk serialının heyətinə yeni aktyorlar daxil olub.
“Olay” xəbər verir ki, Ozan Akbabanın ssenarisini yazıb “Çırak05/Terekeme”
obrazı ilə baş rolda yer aldığı layihədə Barış Yalçın, Cansu Kurqun, Melis
Yıldırımer, Ali Savaşçı, Ahmet Pınar kimi simalar da rol alacaq.
Qeyd edək ki, Orucov ekran işində öz adı ilə iştirak edib. Serial tezliklə
“TRT”nin rəqəmsal platforması “Tabii”də yayımlanacaq.
Xatırladaq ki, layihədə Damla Sönmez və Eren Hacısalihoğlu kimi aktyorlar da
baş rolları canlandırır.