İstanbul nəhənglərindən olan “Fənərbağça” klubunun azarkeşləri Ali Koçun
istefası üçün yürüş keçiriblər.
Cixisyolu.com xəbər verir ki, azarkeşlər komandanın hazırkı prezidenti Ali Koçdan gün
sonunadək istefasını tələb ediblər.
Polis nəzarəti ilə keçirilən yürüşün isə Ali Koç istefa verənədək davam
edəcəyi bildirilib.
Qeyd edək ki, azarkeşlər “Fənərbağça”nın “Qalatasaray”a doğma meydanda
məğlubiyyəti ilə əlaqədar olaraq Ali Koçu istefaya səsləyiblər.