ae87c238-5f1f-4664-806b-b95d19b76880..jpg

“Fənərbağça” baş məşqçisini istefaya göndərir

Baxış sayı: 1. 163 dəfə baxılıb.

“Fənərbağça” baş məşqçisini istefaya göndərir

“Fənərbağça” baş məşqçisi Jorji Jezuşla yolları ayırmaq qərarına gəlib.

Klub rəhbərliyi komandanın dünən “Beşiktaş”a məğlubiyyətindən (2:4) sonra
portuqaliyalı mütəxəssislə yola davam etmək istəmir. Qərarın bu gün
açıqlanacağı bildirilir.

“Fənərbağça” Super Liqada 54 xalla ikinci sıradadır. Komanda lider
“Qalatasaray”dan 9 xal geri qalır.

68 yaşlı mütəxəssis 2022-ci ilin yayından İstanbul klubunu çalışdırır.

Mənbə: “Sabah”

Source link